"Metak" MMC



Fəaliyyətə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olan METAK şirkəti ölkəmizdə istehlakçıların böyük etibarını qazana bilib. Şirkətin istehsalat sexlərində 2000-ci ildən başlayaraq müxtəlif metallardan döymə məmulatlar, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulmuş tikinti işkələləri və dirəklər istehsal olunmağa başlamışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışdır.

METAK şirkətinin nüfuzunu istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, eləcə də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və MDB-nin digər ölkələrində aparıcı istehsalçılarla apardığı uğurlu rəqabətdən də aydın görmək olar.