"Greentech" MMC

"Greentech" MMC 2011-ci ilin aprel ayından etibarən fəaliyyətə başlayan yeni texnologiyalara əsaslanmış şüşə konstruksiyalı müasir istixana kompleksidir.Kompleksdə istixana şəraitində pomidor və digər tərəvəz məhsulları yetişdirilir.
Azərbaycanın bütün regionlarında "Greentech" MMC-nin istehsalı olan məhsulların satışı həyata keçirilir.Rusiya Federasiyasının böyük market zəncirləri ilə əməkdaşlıq nəticəsində məhsullar bu ölkənin bütün böyük şəhərlərinin market rəflərində öz yerini alır.