"Neptun supermarket" MMC



Neptun Supermarketlər Şəbəkəsi 2003-cü ildə Azərbaycanda qida sektoru sahəsində fəaliyyətə başlayıb.

Neptun Supermarketləri zənciri yaradılması ilə paralel olaraq 2004-cü ildə 3500 m2-ə yaxın ərazidə anbar və ofis yeri tikilərək Azərbaycanda ilk dəfə olaraq supermarketlər vahid mərkəzi sistemlə idarə olunmağa başlandı. Bu vahid mərkəzi anbar sistemi ilə 100-ə yaxın supermarket idarə etmək olar. Supermarketlər şəbəkəsi müasirliyi, məhsulların rahat yerləşdirilməsi ilə fərqlənir. Hər bir alıcı Neptun supermarketlərindən yüksək keyfiyyətli məhsul-meyvə və tərəvəz, ət və süd məhsulları, un məmulatları, spirtli və spirtsiz içkilər əldə edə bilər. Neptun Supermarketlər Şəbəkəsi həm yerli həmdə xarici məhsulların satışını həyata keçirir. Burada keyfiyyəti, ekoloji təmiz tərkibi, saxlanma müddəti və s. ilə seçilən Almaniya və digər Avropa məhsulları yer almışdır.